“Neftçi”nin oyununu FIFA referisi idarə edəcək

"Neftçi"nin oyununu FIFA referisi idarə edəcək



Neftcinin oyununu FIFA referisi idarə edəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun sabah keçiriləcək “Neftçi” – “Keşlə” oyununa təyinarlar açıqlanıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma FIFA referisi Elçin Məsiyevə tapşırılıb.

Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 19-da “Bakcell Arena” oynanılacaq “Neftçi” – “Keşlə” görüşü saat 18:30-da start götürəcək.





Mənbə: https://report.az/futbol-xeberleri/neftci-nin-oyununu-fifa-referisi-idare-edecek/

Comments are closed, but trackbacks and pingbacks are open.