Nepalda avtobus qəzası olub, 28 nəfər ölüb

Nepalda avtobus qəzası olub, 28 nəfər ölüb



Nepalda avtobus qəzasi olub 28 nəfər olub

Nepalın qərbində sərnişin avtobusunun uçurumdan düşməsi nəticəsində azı 28 nəfər ölüb, 14 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Hadisə baş verəndə avtobusda 42 nəfər olub. Ölənlərin əksəriyyəti tələbə və miqrantlardır.

İlkin məlumata görə, qəzaya səbəb avtobusun təkərlərinin çətin yolda partlaması nəticəsində sürücünün idarəetməni itirməsi olub.





Mənbə: https://report.az/diger-olkeler/nepalda-avtobus-qezasi-olub-28-nefer-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.