“Nissan” çip çatışmazlığına görə Meksikada istehsalı dayandıracaq

“Nissan” çip çatışmazlığına görə Meksikada istehsalı dayandıracaq



Nissan cip catismazligina gorə Meksikada istehsali dayandiracaq

Yaponiyanın avtomobil nəhəngi “Nissan” şirkəti yarımkeçirici çiplərin çatışmazlığına görə bu ay Meksikadakı iki zavodunda istehsalı dayandıracaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Aquaskaliyente ştatında yerləşən 2 saylı zavod 11 gün, Morelos ştatındakı CIVAC zavodu isə 8 gün işləməyəcək.

“The Boston Consulting Group”un proqnozuna əsasən, 2021-ci ildə çip çatışmazlığı dünyada avtomobil istehsalını 7-9 milyon ədəd azaldacaq. Belə ki, 1-ci rübdə qlobal avtomobil şirkətlərinin istehsal itkiləri 1,4 milyon avtomobil, 2-ci rübdə 2,6 milyon avtomobil olub. Bazarın hansı ssenari üzrə inkişaf edəcəyindən asılı olaraq 3-cü və 4-cü rüblərdə istehsal itkilərinin 3-5 milyon avtomobil olacağı gözlənilir.





Mənbə: https://report.az/senaye/nissan-cip-catismazligina-gore-meksikada-istehsali-dayandiracaq/

Comments are closed, but trackbacks and pingbacks are open.