“Nissan” qazlaşdırma proqramına başlayır | Report.az

“Nissan” qazlaşdırma proqramına başlayır | Report.az



Nissan qazlasdirma proqramina baslayir Reportaz

“Nissan Mexicana” şirkəti bir sıra modelərini əhatə edən qazlaşdırma proqramına başladıqlarını açıqlayıb.

“Report” “Auto-gas.net”-ə istinadən xəbər verir ki, proqram çərçivəsində V şəkilli mühərrikə malik “Nissan NP 300” pikapları, “Nissan March” (Avropada “Micra”) hatçbakları, “Urvan” minivanları, həmçinin brendin kommersiyalı avtomobilləri LPG və CNG yanacağına keçirilir.

Belə ki, ölkədə 2020-ci ildən satılan modellərdə “Gazo” şirkətilə birgə qaz çənləri avadanlığı quraşdırılacaq.

Hazırda Meksikada sözügedən avadanlıq quraşdırmaq üçün müvafiq sertifikatı olan 25 mərkəz fəaliyyət göstərir.





Mənbə: https://report.az/biznes-xeberleri/nissan-qazlasdirma-proqramina-baslayir/

Comments are closed, but trackbacks and pingbacks are open.