Siyasət

Nizami rayonunda 83 yaşlı qoca yol qəzasında xəsarət aldı


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1938-ci il təvəllüdlü Tağıyeva Ədalət Zeynal qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.




Mənbə: https://report.az/hadise/nizami-rayonunda-83-yasli-qoca-yol-qezasinda-xesaret-aldi/

Related Articles

Back to top button