Norveç Əfqanıstandan 374 nəfəri evakuasiya edib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Norveç tərəfindən Əfqanıstandan 374 nəfər təxliyə edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri İne Eriksen Syoreyde məlumat verib.

Onun sözlərinə görə, Kabil aeroportu açıq qaldığı müddətdə təxliyə işləri davam etdiriləcək. Təxliyə edilənlərin arasında Norveç vətəndaşları, həmçinin Norveç, Aİ və digər beynəlxalq strukturlarla əməkdaşlıq etmiş Əfqanıstan vətəndaşları var.

Son uçuş zamanı ümumilikdə 157 nəfərin Norveçin paytaxtı Oslodakı hava limanına gətirildiyi əlavə edilib.





Mənbə: https://report.az/diger-olkeler/norvec-efqanistandan-374-neferi-evakuasiya-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.