Norveçin Baş naziri və hökuməti istefa verib

Norveçin Baş naziri və hökuməti istefa verib



Norvecin Bas naziri və hokuməti istefa verib

Norveçin Baş naziri Erna Sulberq kral V Haralda istefa ilə bağlı müraciət edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Norveç hökumətinin saytı yayıb.

Bildirilib ki, sentyabrda keçirilən parlament seçkilərində İşçi Partiyasının qalib gəlməsi ilə əlaqədar Erna Sulberq istefa verib. Son siyasi kampaniyada hakim Mühafizəkarlar Partiyası 20,5 faiz, İşçi Partiyası isə 26,4 faiz səs toplayıb. Qalib partiya Rusiya ilə əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır.

Kral V Harald İşçi Partiyasının lideri Yonas Qar Styoreyə yeni kabineti formalaşdırmaq üçün səlahiyyət verib.





Mənbə: https://report.az/diger-olkeler/norvecin-bas-naziri-ve-hokumeti-istefa-verib/

Comments are closed, but trackbacks and pingbacks are open.