Nurseli İdizi məhkəməyə verib 5 min təzminat istədi

Nurseli İdizi məhkəməyə verib 5 min təzminat istədi


Menecer Özgür Aras Nurseli İdizi məhkəməyə verib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, buna səbəb müğənni-aktrisanın bir televiziya verilişində onun ünvanına “gey” və “saxta insan” deməsi olub.

Məhkəməyə təqdim edilən ərizədə “Özgür Arasın cinsiyyətini təhqir edib. Nurseli İdizin bu sözləri Özgür Arasın ruh halına pis təsir edib. Buna görə də menecer qarşı tərəfə 5 min lirəlik təzminat davası açıb” sözləri yer alıb.

Özgür Aras əldə edəcəyi pulu Ömürlük Əlillər Dərnəyinə bağışlayacaq.

İddialara cavab verən Nurseli İdiz əslində özünün hədəf alındığını, açıqlamasına görə təhqirlərə məruz qaldığını söyləyib.

Nurseli Idizi məhkəməyə verib 5 min təzminat istədi



Mənbə: https://axsam.az/?name=xeber&news_id=134287

Comments are closed, but trackbacks and pingbacks are open.