Oğuzda mal tövləsi və ot anbarı yanır

Oğuzda mal tövləsi və ot anbarı yanır



Oguzda mal tovləsi və ot anbari yanir

Oğuz rayonunda yanğın baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yaqublu kəndində qeydə alınıb.

Kənd sakini Rəhman İsmayılova məxsus mal tövləsi və ot anbarı anidən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.





Mənbə: https://report.az/hadise/oguzda-mal-tovlesi-ve-ot-anbari-yanir/

Comments are closed, but trackbacks and pingbacks are open.