Oğuzda motosiklet aşıb xəsarət alanlar var

Oğuzda motosiklet aşıb xəsarət alanlar var


Oğuz rayonunda yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Şirvanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bayan kənd sakini 1987-ci il təvəllüdlü Ürfan Bayraməliyevin idarə etdiyi motosiklet kənd ərazisində aşıb.

Nəticədə sürücü və onun sərnişini 1970-ci il təvəllüdlü Şahlar Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/oguzda-motosiklet-asib-xesaret-alanlar-var/

Comments are closed, but trackbacks and pingbacks are open.