“Olimpiakos”un 4 futbolçusu Bakıda oynamayacaq, 5-nin durumu bəlli deyil

"Olimpiakos"un 4 futbolçusu Bakıda oynamayacaq, 5-nin durumu bəlli deyil



Olimpiakosun 4 futbolcusu Bakida oynamayacaq 5 nin durumu bəlli deyil

Yunanıstanın “Olimpiakos” futbol klubu “Neftçi”yə qarşı keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçına kimlərin yollanacağına bu gün son məşqdən sonra qərar verəcək.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, ilk oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Məhəmməd Kamara və zədəli Tikinyo ilə Kostas Fortunisin oynamayacağı dəqiqdir. Yan M Vila isə ötən həftə siyahıdan kənarlaşdırılıb.

Afina təmsilçisində Yussef əl-Ərabi, Sokratis Papastatopulos və zədəli Andreas Buxalakis, Tanasis Andrutsosla Oleq Ryabçukun durumu hələlik bəlli deyil.

Əl-Ərabi ilk matçdan əvvəl koronavirusa yoluxub, Papastatopulos isə onunla təmasda olduğundan karantinə alınmışdı. Hər ikisinin Bakıdakı matçda meydanda olması üçün testləri neqativ çıxmalıdır.

Qeyd edək ki, iyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” matçı saat 21:00-da başlanacaq. Yunanıstandakı qarşılaşma “Neftçi”nin 0:1 hesablı məğlubiyyəti ilə bitib.





Mənbə: https://report.az/futbol-xeberleri/olimpiakos-un-4-futbolcusu-bakida-oynamayacaq-5-nin-durumu-belli-deyil/

Comments are closed, but trackbacks and pingbacks are open.