“Olimpiakos”un futbolçusu evinin qarşısında döyülüb

"Olimpiakos"un futbolçusu evinin qarşısında döyülüb



Olimpiakosun futbolcusu evinin qarsisinda doyulub

Yunanıstanın “Olimpiakos” klubunun futbolçusu Ruben Semedu evinin qarşısında hücuma məruz qalıb.

“Report” yerli “ERT-1” telekanalına istinadən xəbər verir ki, 3 naməlum şəxs 28 yaşlı müdafiəçiyə hücum edib.

Portuqaliya oyunçu dostu ilə birlikdə dəyənəklə döyülüb. Həmin şəxslər hadisə yerindən qaçmağa müvəffəq olublar. Semedu və dostu xəstəxanaya aparılıb.

Polis məsələ ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, Ruben Semedu 2019-cu ildən “Olimpiakos”da çıxış edir.





Mənbə: https://report.az/futbol-xeberleri/olimpiakos-un-futbolcusu-evinin-qarsisinda-doyulub/

Comments are closed, but trackbacks and pingbacks are open.