Onqat NBA çempionu vəfat edib

Onqat NBA çempionu vəfat edib



Onqat NBA cempionu vəfat edib

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Boston” klubunun sabiq oyunçusu Sem Cons 88 yaşında dünyasını dəyişib.

“Report” NBA-nın rəsmi saytına istinadən xəbər verir ki, veteran basketbolçu ötən gecə yerləşdirildiyi xəstəxanada vəfat edib.

Onqat NBA çempionu bir müddətdir səhhətindəki problemlərdən əziyyət çəkirdi.

Qeyd edək ki, Sem Cons karyerası ərzində yalnız “Boston” komandasının formasını geyinib. O, 1983-cü ildə Şöhrət Zalına daxil edilib.





Mənbə: https://report.az/futbol-xeberleri/onqat-nba-cempionu-vefat-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.