OPEC-in baş katibi: “Pandemiya bitəndə neftə tələbat bərpa olunacaq”

OPEC-in baş katibi: "Pandemiya bitəndə neftə tələbat bərpa olunacaq"



OPEC in bas katibi Pandemiya bitəndə neftə tələbat bərpa olunacaq

“Pandemiyanın ən pis mərhələsi bitəndə neftə tələbat bərpa olunacaq”.

“Report” xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo “Bloomberg”ə müsahibəsində deyib.

Barkindo pandemiyanın bitməsinin ölkələr arasında sərhədlərin yenidən açılmasına və səyahətlərin bərpasına töhfə verəcəyini bildirib.

O, qeyd edib ki, bərpa yavaş və qeyri-bərabər ola bilər.

“Məsələ OPEC + ölkələrinin 4 oktyabr görüşündə daha ətraflı şəkildə müzakirə olunacaq”, – baş katib vurğulayıb.





Mənbə: https://report.az/energetika/opec-in-bas-katibi-pandemiya-bitende-nefte-olan-telebat-berpa-olunacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.