OPEC: “Neftə tələbatın azalmasında başlıca amil elektromobillər olacaq”

Neft 1%-dək bahalaşıb | Report.az



Tələbatla bagli narahatligin azalmasi fonunda neft bahalasir

2045-ci ilədək dünyada avtomobillərin sayı iki dəfəyədək artaraq 2,6 milyarda, elektrik nəqliyyatının payı 20 faizə çatacaq.

“Report” xəbər verir ki, bu barədə OPEC-in açıqladığı “Dünya neft icmalı” (World Oil Outlook – WOO) adlı hesabatda bildirilir.

Sənədə görə, neftə tələbatın uzunmüddətli artımı elektrik nəqliyyatının getdikcə daha çox vüsət alması ilə cilovlanacaq. Nəticədə nəqliyyat sektorunda neftə gündəlik tələbatın həcmi 2045-ci ilədək müddət ərzində 46-46,5 milyon barel səviyyəsində sabit qalacaq.

Sözügedən müddət ərzində ənənəvi benzin avtomobilləri daha çox inkişaf edən ölkələrdəki tələbat hesabına avtomobil nəqliyyatının 76 faizini təşkil edəcək.





Mənbə: https://report.az/energetika/opec-nefte-telebatin-azalmasinda-baslica-amil-elektromobiller-olacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.