Ötən il neçə şəxsə təqaüd ödənilib? – Yenicag.Az

Pensiya yaşı artırılır, bəs əməkhaqları? "Hazırkı göstəricilər aşağı olduğuna görə..." - İqtisadçıdan TƏKLİF


2021-ci ildə 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

Bu barədə Yenicag.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Onlardan 466 min nəfəri sosial müavinətlə, 286 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub. Keçən il əhaliyə sosial müavinətlər üzrə 588 milyon manat, təqaüdlər üzrə əvvəlki ilə nisbətən 28% çox olmaqla 417 milyon manat ödənilib.

Son üç ildə müavinət və təqaüdlərin də elektron təyinatı sistemləri (24 növ e-təyinat sistemi) işə salınıb və ötən dövrdə 220 min, o cümlədən 2021-ci ildə 120 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

47 sam agaci qəsdən yandirildi – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/oten-il-nece-sexse-teqaud-odenilib/

Comments are closed, but trackbacks and pingbacks are open.