Ötən il uşaqlara ən çox bu adlar qoyulub

Ötən il uşaqlara ən çox bu adlar qoyulub


Azərbaycanda 2021-ci ildə ən çox qoyulan adların statistikası müəyyən olub.

Axşam.az xəbər verir ki, Ədliyyə Nazirliyi tərəfindən qeydə alınan adlar sırasında  ötən il yeni doğulmuş oğlan uşaqlarına ən çox Əli, qız uşaqlarına isə Zəhra adı verilib. İkinci sırada oğlanlarda Yusif, qızlarda isə Zeynəb ən çox seçilən adlar olub.

Hər iki cins üzrə ən populyar adların siyahısı aşağıdakı kimidir:

Kişilərdə

Əli – 1624

Yusif – 1548

Hüseyn – 1505

Uğur – 1486

Məhəmməd – 1098

Ömər – 980

Murad – 868

Raul – 741

Tunar – 705

Ayxan – 696

Qadınlarda

Zəhra – 1625

Zeynəb – 1275

Məryəm – 1217

Fatimə – 1160

Aylin – 1154

Mələk – 1105

Nilay – 987

Nuray – 927

İnci – 813

Mədinə – 750



Mənbə: https://axsam.az/?name=xeber&news_id=140628

Comments are closed, but trackbacks and pingbacks are open.