Ötən rüb SOCAR 4,5 milyon ton neft ixrac edib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 4,5 milyon ton neft ixrac edilib.

“Report”un SOCAR-ın üçüncü rüb üzrə hesabatına istinadən verdiyi məlumata örə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% yüksək nəticədir.

Qeyd edək ki, şirkət tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-ın özünə məxsus xam neft həcmlərini əks etdirir.

Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri daha çox – 48% artırılaraq, 4,4 milyard kubmetr təşkil edib. Hesabat dövründə ölkə daxilində 2,4 milyard kubmetr qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur.





Mənbə: https://report.az/energetika/oten-rub-socar-4-5-milyon-ton-neft-ixrac-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.