Özbəkistan səfiri: “5 ayda Azərbaycanla ticarət dövriyyəsi 30% artıb”

Özbəkistan səfiri: "5 ayda Azərbaycanla ticarət dövriyyəsi 30% artıb"



Ozbəkistan səfiri 5 ayda Azərbaycanla ticarət dovriyyəsi 30 artib.jfif

Bu ilin yanvar-may aylarında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 30% çox olub.

“Report” xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov ölkəsinin müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, koronavirus (COVID-19) pandemiyası ilə bağlı böhranlı vəziyyətə baxmayaraq iki ölkə arasında münasibətlər 2020-ci ildə də inkişaf edib: “Ötən il ticarət dövriyyəmiz 12% artıb”.

B.Əşrəfxanov qeyd edib ki, iqtisad əməkdaşlığın, o cümlədən qarşılıqlı investisiya qoyuluşunun inkişafı üçün nəhəng potensial mövcuddur.

Səfir iki ölkə arasında 130-dan çox razılaşmanın, o cümlədən strateji tərəfdaşlıq haqqında müqavilənin imzalandığını vurğulayıb.





Mənbə: https://report.az/biznes-xeberleri/ozbekistan-sefiri-5-ayda-azerbaycanla-ticaret-dovriyyesi-30-artib/

Comments are closed, but trackbacks and pingbacks are open.