Özbəkistanın Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılıb

Özbəkistanın Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılıb



Ozbəkistanin Bakidaki səfirliyində secki məntəqəsi yaradilib

Özbəkistanın Azərbaycandakı səfirliyində həmin ölkədə oktyabrın 24-də keçiriləcək prezident seçkiləri ilə bağlı seçki məntəqəsi yaradılıb.

“Report” xəbər verir ki, yaradılan 27 nömrəli seçki məntəqəsi lazımi avadanlıqla təchiz olunub, səsvermə kabinələri ayrılıb. Ölkəmizdə yaşayan Özbəkistan vətəndaşları ilə bağlı rəsmi sənədlərə əsasən müvafiq qaydada seçicilər siyahısı də tərtib olunub.

Səfirlik nəzdində yaradılan seçki komissiyasının sədri Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanovdur.

Qeyd edək ki, seçkilərlə bağlı səsvermə oktyabrın 24-də, bazar günü, saat 8-dən 20-dək keçiriləcək.





Mənbə: https://report.az/xarici-siyaset/ozbekistan-sefirliyinde-secki-menteqesi-yaradilib/

Comments are closed, but trackbacks and pingbacks are open.