Özcan Dəniz hakim qarşısına çıxdı

Özcan Dəniz hakim qarşısına çıxdı


Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:

“Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyətə salmaq istəyir. Boşanmaq üçün mən müraciət etmişəm. Şiddət görən qadın olaraq o məhkəməyə müraciət etməyib”.

Şahidlərin dinlənilməsi üçün məhkəmə başqa bir günə təyin olunub.

Qeyd edək ki, Özcanla Feyza 2018-ci ildə ailə qurub. Cütlük bir il sonra boşanıb. Onların Kuzey adlı bir oğlu var.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=136513

Comments are closed, but trackbacks and pingbacks are open.