Özge Gürelin yeni layihəsi

Özge Gürelin yeni layihəsi


uzun müddətdir ekranlardan uzaq düşən aktrisa Özge Gürelin daha bir layihədə yer alacağı bəlli olub.

Axşam.az xəbər verir ki, aktrisa “Savrulan zaman” filmi ilə ekranda görünəcək. Onun hansı obrazı canlandıracağı hələlik açıqlanmayıb. Ekran işinin rejissor kürsüsündə isə Selim Evcin əyləşəcək.

Qeyd edək ki, bundan başqa Özge dekabrın 25-də “beIN connect” dijital platformasında yayımlanacaq “Hayaller ve hayatlar” serialının heyətində də yer alacaq.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=140560

Comments are closed, but trackbacks and pingbacks are open.