Pakistan daha çox Azərbaycan məhsulu idxal etmək arzusundadır

Pakistan daha çox Azərbaycan məhsulu idxal etmək arzusundadır



Pakistan daha cox Azərbaycan məhsulu idxal etmək arzusundadir

“Pakistanın geniş bazarı Azərbaycan üçün böyük imkanlar açır”.

Bunu “Report”a Pakistanın Azərbaycandakı səfiri Bilal Haee bildirib.

“Biz hər iki tərəfdən ticarət dövriyyəsinin artmasını, eləcə də, Azərbaycandan daha çox məhsullar görmək istərdik. Yaxın illərdə ikitərəfli ticarət dövriyyəmizin kəskin artacağına ümidvarıq və əminik” – deyən səfir qeyd edib ki, Pakistanın “National Logistics Cell” (NCL) şirkəti tərəfindən Azərbaycana ilk logistika əməliyyatının həyata keçirilməsilə iki ölkə arasında yük daşımaları tam yoluna qoyulacaq.

Həmin əməliyyatın pilot layihə olduğunu qeyd edən diplomatın sözlərinə görə, iki ölkənin hökumətləri və aidiyyəti qurumları məsələyə dair işlər görür: “Rəsmi işlər həll olunandan sonra NLC-nin yük maşınları Azərbaycan yollarında tez-tez görünəcək”.





Mənbə: https://report.az/biznes-xeberleri/pakistan-daha-cox-azerbaycan-mehsullarini-idxal-etmek-arzusundadir/

Comments are closed, but trackbacks and pingbacks are open.