Pakistanda partlayış zamanı dörd nəfər ölüb

Pakistanda partlayış zamanı dörd nəfər ölüb



Pakistanda partlayis zamani dord nəfər olub

Pakistanın Bəlucistan vilayətin Kvetta şəhərində baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Express Tribune” qəzeti məlumat yayıb.

Hadisə tibb mərkəzinin yanında qeydə alınıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Bəlucistanın baş naziri Mir Əbdül Quddus Bizenjo partlayışı pisləyib və şəhərdəki təhlükəsizlik tədbirlərindən narazılığını bildirib. O, həmçinin vilayət polis rəisindən hadisə ilə bağlı hesabat istəyib.





Mənbə: https://report.az/diger-olkeler/pakistanda-partlayis-zamani-dord-nefer-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.