Pakistanda zəlzələ zamanı azı 15 nəfər həlak olub

Pakistanda zəlzələ zamanı azı 15 nəfər həlak olub



Pakistanda zəlzələ zamani azi 15 nəfər həlak olub

Pakistanın cənubundakı Bəlucistan əyalətində baş verən zəlzələ zamanı azı 15 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

“İndiyə qədər olan məlumata əsasən 15-20 nəfər həlak olub. Ölənlərin sayı arta bilər”, – idarədən agentliyə bildirilib.

Hələlik təfərrüatlar açıqlanmır, dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, ABŞ-ın Geologiya Xidməti daha əvvəl Pakistanda yerli vaxtla saat 22:01-də (Bakı vaxtı ilə saat 02:01-də) 5,7 maqnitudada zəlzələnin qeydə alındığını xəbər verib.

Zəlzələnin episentri Harnay şəhərindən 14 kilometr şimal-şərqdə, zəlzələ ocağı 20,8 kilometr dərinlikdə yerləşib.





Mənbə: https://report.az/diger-olkeler/pakistanda-zelzele-zamani-azi-15-nefer-helak-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.