Paraqvay və Uruqvay rəhbərləri Venesuela liderinə onu tanımadıqlarını deyiblər

Paraqvay və Uruqvay rəhbərləri Venesuela liderinə onu tanımadıqlarını deyiblər



Paraqvay və Uruqvay rəhbərləri Venesuela liderinə onu tanimadiqlarini deyiblər

Paraqvay prezidenti Mario Abdo Benitez Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinin (CELAC) zirvə sammtində Venesuela lideri Nikolas Maduroya onun hakimiyyətini tanımadığını bildirib.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

“Nikolas Maduro hökumətinin tanınmaması barədə hökumətimin mövqeyi dəyişməyib və bunu birbaşa ifadə etməyi düzgün hesab edirəm”, – Mario deyib.

Uruqvay prezidenti Luis Alberto Lakalle isə sammitdə Venesuela hökumətini tənqid edib. “Biz bəzi ölkələrdə tam demokratiyanın olmadığını, hakimiyyət bölgüsü prinsipinə riayət edilmədiyini görəndə sakit, lakin qətiyyətlə davranmalıyıq. Kuba, Nikaraqua və Venesuelada baş verənləri narahatlıqla izləyirik”, – deyə o qeyd edib.

Maduro isə Paraqvay və Uruqvay prezidentlərini debata dəvət edib. “Venesuela azadlıq və demokratiya mövzusunda bütün müzakirələrə açıqdır”, – Maduro vurğulayıb.





Mənbə: https://report.az/diger-olkeler/paraqvay-ve-uruqvay-prezidentleri-venesuela-liderini-sammitde-tenqid-atesine-tutublar/

Comments are closed, but trackbacks and pingbacks are open.