Paraqvayda hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Paraqvayda hərbi helikopter qəzaya uğrayıb, ölənlər var



Paraqvayda hərbi helikopter qəzaya ugrayib olənlər var

Paraqvay Hərbi Hava Qüvvələrinə məxsus helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 3 hərbçi həlak olub.

Helikopterin göyərtəsində dörd hərbçi olub. Sağ qalan yaralı mexanik xəstəxanaya aparılıb. Onun vəziyyəti kritik qiymətləndirilir.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib.





Mənbə: https://report.az/hadise/paraqvayda-helikopter-qezaya-ugrayib-olenler-var/

Comments are closed, but trackbacks and pingbacks are open.