Paris Notr-Dam kilsəsində təhlükəsizlik işləri başa çatıb

Paris Notr-Dam kilsəsində təhlükəsizlik işləri başa çatıb



Paris Notr Dam kilsəsində təhlukəsizlik isləri basa catib

Fransa paytaxtında 2019-cu ilin aprel ayında baş vermiş güclü yanğında xeyli zərər çəkmiş Paris Notr-Dam kilsəsində aparılan sağlamlaşdırma və təhlükəsizlik işləri başa çatdırılıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin rəsmi qurumları məlumat verib.

Bildirilib ki, indi məşhur məbəd binası tam təhlükəsiz vəziyyətdədir. Eyni zamanda, qarşıdan gələn qış fəslində başlaması nəzərdə tutulan ilk bərpa işlərinə hərtərəfli hazırlıq görülür.

AFP xəbər verir ki, kilsənin bərpası, divar və döşəmələrinin təmizlənməsi işlərinə dair yaxın günlərdə tender keçirilməlidir. Kilsənin qülləsinin bərpasına isə 2022-ci ilin payızında başlamaq nəzərdə tutulur.





Mənbə: https://report.az/diger-olkeler/paris-notr-dam-kilsesinde-tehlukesizlik-isleri-basa-catib/

Comments are closed, but trackbacks and pingbacks are open.