Paşinyanın əleyhdarları bu gün İrəvanda etiraz aksiyası keçirəcək

Paşinyanın əleyhdarları bu gün İrəvanda etiraz aksiyası keçirəcək



Pasinyanin əleyhdarlari bu gun Irəvanda etiraz aksiyasi kecirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhdarları bu gün paytaxt İrəvanda etiraz aksiyası keçirəcək.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalist Nairi Oxikyan bildirib.

O, qeyd edib ki, müxalif qüvvələr hökumət başçısı əleyhinə etirazları davam etdirəcəklər. Məlumata görə etiraz aksyası “Respublika” meydanında, axşam saatlarında təşkil olunacaq.

Öz növbəsində sabiq deputat Sofya Ovsepyan da bildirib ki, müxalif “5165” hərəkatı İrəvanda ali təhsil məktəblərinin binası qarşısında aksiya keçirəcək.





Mənbə: https://report.az/region-xeberleri/pasinyanin-eleyhdarlari-bu-gun-irevanda-etiraz-aksiyasi-kecirecek/

Comments are closed, but trackbacks and pingbacks are open.