“Patı” satarkən tutulan prokuror oğludur? – Baş Prokurorluqdan açıqlama – Yenicag.Az

“Patı” satarkən tutulan prokuror oğludur? – Baş Prokurorluqdan açıqlama


Baş Prokurorluq Qubadakı hadisə ilə bağlı rəsmi açıqlama yayıb.

Qurumun Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

“Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlunun narkotik vasitələrin satışını həyata keçirən zaman saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib hadisə yerindən qaçması barədə məlumatlar dərc edilib.

Bununla bağlı qeyd edirik ki, Quba Rayon Prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməyib.

Bu cür dəqiqləşdirilməmiş məlumatların yayılmasını təəssüf hissi ilə qeyd etməklə, gələcəkdə qeyri-dəqiq informasiyanın ictimailəşdirilməsinin yolverilməzliyi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılır”.

1615498179 401 Teledərslərin martin 12 nə olan CƏDVƏLI – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/pati-satarken-tutulan-prokuror-ogludur-bas-prokurorluqdan-aciqlama/

Comments are closed, but trackbacks and pingbacks are open.