“PayPal” “Pinterest”i satın almaq üçün danışıqlar aparır

“PayPal” “Pinterest”i satın almaq üçün danışıqlar aparır



PayPal Pinteresti satin almaq ucun danisiqlar aparir

“PayPal” maliyyə texnologiya şirkətinin “Pinterest” sosial servis və foto hostinqini satın alması üçün danışıqlar aparılır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, mənbələrin dediyinə görə, “PayPal” bu sövdələşmə üçün 40-45 milyard dollar ödəməyi nəzərdə tutur. 2019-cu ildən hərraclara çıxarılan “Pinterest”in hazırkı bazar dəyəri 35 milyard dollardır. Danışıqlar barədə məlumat yayıldıqdan sonra “Pinterest”in səhmləri 13 faiz bahalaşıb, “ PayPal”ın isə 5 faiz ucuzlaşıb.

Alqı-satqı baş tutsa, bu, sosial servisin birləşdirilməsi üçün indiyədək ödənilən ən iri vəsait olacaq. 2016-cı ildə “Microsoft” şirkətinin “Linkedin” servisini 26 milyard dollara satın alması hazırda bu baxımdan ən irimiqyaslı sövdələşmədir.





Mənbə: https://report.az/biznes-xeberleri/paypal-pinterest-i-satin-almaq-ucun-danisiqlar-aparir/

Comments are closed, but trackbacks and pingbacks are open.