Paytaxtda avtomobil gənc oğlanı vuraraq xəsarət yetirib

Paytaxtda avtomobil gənc oğlanı vuraraq xəsarət yetirib



Paytaxtda avtomobil gənc oglani vuraraq xəsarət yetirib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Atatürk prospektində avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Zeynalov Təhməz Cəbrayıl oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/paytaxtda-avtomobil-genc-oglani-vuraraq-xesaret-yetirib/

Comments are closed, but trackbacks and pingbacks are open.