Pele intensiv terapiya şöbəsindən palataya köçürülüb

Pele intensiv terapiya şöbəsindən palataya köçürülüb



Pele intensiv terapiya sobəsindən palataya kocurulub

Əfsanəvi futbolçu Pele intensiv terapiya şöbəsindən palataya köçürülüb.

“Report”un məlumatına görə, bu barədə braziliyalı keçmiş hücumçunun özü sosial şəbəkə hesabı vasitəsilə açıqlama verib. O, yerdəyişmənin bədənindəki şişin götürülməsi üzrə əməliyyatdan sonra gerçəkləşdiyini bildirib.

Pele gündən-günə özünü xoşbəxt hiss etməyə başladığını vurğulayıb: “Mən həyatımın 90 dəqiqəsini uzatma vaxtı ilə oynamağa köklənmişəm. Tezliklə birlikdə olacağıq”.

Qeyd edək ki, Pele son zamanlar səhhətindəki bir sıra problemlərlə mübarizə aparıb.





Mənbə: https://report.az/futbol-xeberleri/pele-intensiv-terapiya-sobesinden-palataya-kocurulub/

Comments are closed, but trackbacks and pingbacks are open.