Pele səhhəti ilə bağlı açıqlama verib

Pele səhhəti ilə bağlı açıqlama verib



Pele səhhəti ilə bagli aciqlama verib

Əməliyyat olunduqdan sonra yenidən reanimasiya şöbəsinə yerləşdirilən əfsanəvi futbolçu Pele səhhəti ilə bağlı açıqlama verib.

“Report” xəbər verir, 81 yaşlı braziliyalı sabiq hücumçu bu barədə şəxsi instaqram hesabında yazıb.

O, sağalmağa davam etdiyini vurğulayıb: “Bu gün ailə üzvlərim məni ziyarət edib. Hər gün gülümsəməyə davam edirəm. Sizdən aldığım bütün sevgilərə görə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Pele sentyabrın 6-da bağırsağındakı şiş ucbatından əməliyyat olunub. Onun səhhəti sentyabrın 17-də yenidən pisləşib.





Mənbə: https://report.az/futbol-xeberleri/pele-sehheti-ile-bagli-aciqlama-verib/

Comments are closed, but trackbacks and pingbacks are open.