Peruda avtobus dərəyə aşıb, onlarla sərnişin həlak olub

Peruda avtobus dərəyə aşıb, onlarla sərnişin həlak olub



Peruda avtobus dərəyə asib onlarla sərnisin həlak olub

Perunun şimal hissəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 17 sərnişin həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Erepepe” radiostansiyası öz saytında bildirib.

Məlumata görə, hadisə Libertad əyalətində olub. Belə ki, 33 sənişinin olduğu avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi 200 metr hündürlükdən dərəyə aşıb. Yol-nəqliyyat hadisəsi nəticəsində daha 6 sərnişin xəsarət alıb, yaralılar xəstəxanalara çatdırılıb.

Qəza zamanı habelə daha bir neçə nəfər itkin düşüb. Hazırda xilasedicilər itkinlərin axtarışlarını həyata keçirirlər.





Mənbə: https://report.az/diger-olkeler/peruda-avtobus-dereye-asib-onlarla-sernisin-helak-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.