“Polis çox kobud şəkildə qolumdan yapışıb…” – Yenicag.Az

“Polis çox kobud şəkildə qolumdan yapışıb…” – Yenicag.Az


“Ən doğru qiyməti Daxili İşlər Nazirliyinin rəhbərliyinin verəcəyinə əminəm”.

Bu sözləri bank əməkdaşı tərəfindən göstərilən kobud rəftardan şikayətçi olan müharibə veteranı Akif Mirsiyaboğlu Yenicag.az-a açıqlamasında deyib.

Polis cox kobud səkildə qolumdan yapisib… – YenicagAz

Müharibə veteranı bildirib ki, bu gün səhər saatlarında Azərbaycan Beynəlxalq Bankın Sabunçu rayon filialına gedib və müharibə veteranı kartını dəyişmək məqsədilə bankın qarşısında siyahı üzrə dördüncü şəxs kimi qeydiyyata düşüb. Elə üzləşdiyi xoşagəlməz hadisə də bundan sonra yaşanıb:

“Orada xidmət aparan polisə özümü təqdim edib, bankda qəbulun keçirilmə qaydası ilə maraqlandım. O, “Hələ söhbət edirəm, iyirmi dəqiqədən sonra yaxınlaşın” – dedi. Qeyd etdiyi vaxtda yaxınlaşanda bildirdi ki, siyahı üzrə on nəfəlik qruplar ilə banka daxil olacaqsınız. Qəbul başladı, lakin siyahıda dördüncü olmağıma baxmayaraq ilk onluğa düşə bilmədim. İkinci onluqda məndən yan keçdiyini və artıq məndən xeyli sonra gələn insanların banka salınmasına dözməyərək, polisə iradımı bildirdim. O çox kobud şəkildə qolumdan yapışıb məni banka saldı və qəzəblə tərtib olunan siyahını əlimdən alaraq cırıb zibil qabına tulladı. Bununla da ürəyi soyumayıb bankın qapısını açaraq hamını içəri buraxdı. Növbə də unuduldu, pandemiya da… Bu anda getdiyim 80 manatlıq Qarabağ müharibəsi veteranı təqaüdünə də, pandemiyanın canlar aldığı bir vaxtda yarımcan müharibə veteranlarının bu urvat ilə qəbuluna və bu şəkildə laqeyd münasibət bəsləyən filial rəhbərliyinin fəaliyyətsizliyinə çox təəssüf etdim.

Milli Ordu yaranana qədər sərhədlərimizi qoruyan polis əməkdaşları, Qarabağ müharibəsi dövründə yaralanan, şəhid olan paqon yoldaşlarımız, bu gün işğaldan azad olunan torpaqlarımızda xidmət aparan Azərbaycan polisi və nəhayət, pandemiya dövründə əhalinin sağlamlığını qorumaq üçün görülən tədbirlərdən sui-istifadə edərək bazar açan, polisin sıralarına təsadüfən düşmüş belə əməkdaşların mövcudluğu təəssüf doğurur”.

Gülşən Şərif

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/beynelxalq-bankdan-muharibe-veteranina-hormetsizlik-polis-cox-kobud-sekilde-qolumdan-yapisib/

Comments are closed, but trackbacks and pingbacks are open.