Polşada “omikron” ştamından ölüm halı qeydə alınıb

Polşada “omikron” ştamından ölüm halı qeydə alınıb



Polsada omikron stamindan olum hali qeydə alinib

Polşada koronavirusun “omikron” ştamına yoluxmuş şəxslər arasında ilk ölüm halları qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Səhiyyə Nazirliyi məlumat verib.

Məlumatda bildirilir ki, ölkədə 193 nəfərin “omikron” ştamına yoluxduğu müəyyən olunub. Onlardan 2 nəfəri dünyasını dəyişib. 92 və 85 yaşlı hər iki şəxsin virusa qarşı peyvənd olunmadığı bildirilir.

Ümumiyyətlə, ötən həftə ərzində Polşada “omikron” ştamına yoluxma hallarının sayında 7-8% artım qeydə alınıb.

Nazirliyin məlumatına görə, son sutka ərzində Polşada 11 106 nəfər koronavirusa yoluxub, 13 797 nəfər isə xəstəlikdən sağalıb.





Mənbə: https://report.az/diger-olkeler/polsada-omikron-staminin-ilk-qurbanlari-qeyde-alinib/

Comments are closed, but trackbacks and pingbacks are open.