Polşanın baş naziri: “Brüssel yüksək qaz qiymətlərinə görə məsuliyyət daşıyır”

Polşanın baş naziri: “Brüssel yüksək qaz qiymətlərinə görə məsuliyyət daşıyır”



Polsanin bas naziri Brussel yuksək qaz qiymətlərinə gorə məsuliyyət dasiyir

“Avropada qaz və enerji qiymətlərinin yüksək olmasına görə qismən Avropa İttifaqı məsuliyyət daşıyır”.

“Report” xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski bəyan edib.

Onun sözlərinə görə, Rusiya ilə yanaşı Brüssel də çox yüksək enerji və qaz qiymətlərinə görə məsuliyyət daşıyır:

““Şimal axını 2” qaz kəməri qaz şantaj elementidir. Biz Avropada, bütün Avropa İttifaqında bu cür şantajlara aydın şəkildə cavab verməliyik. Qısa müddətdə güclü siyasətlə, eləcə də uzunmüddətli perspektivdə qaz və enerji infrastrukturunun inkişafı ilə cavab verməlidir”.





Mənbə: https://report.az/diger-olkeler/polsanin-bas-naziri-brussel-yuksek-qaz-qiymetlerine-gore-mesuliyyet-dasiyir/

Comments are closed, but trackbacks and pingbacks are open.