Prezident İlham Əliyev Uqandaya səfərə dəvət olunub

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Azərbaycan Prezidenti İlham Əliyev Uqandaya səfərə dəvət olunub.

“Report” xəbər verir ki, bu barədə Uqandanın yeni səfiri Muhammad Tezikuba Kisambira noyabrın 22-də etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən məlumat verib.

Səfir Prezident İlham Əliyev üçün uyğun vaxtda Uqandaya səfər etməklə bağlı ölkəsinin rəhbərliyinin dəvətini dövlət başçısına çatdırıb.

O həmçinin vurğulayıb ki, Uqanda rəhbərliyi Azərbaycanın bu ölkəyə investisiya yatırmasında maraqlıdır.

Diplomat deyib ki, Uqanda Afrika qitəsində turizm sahəsində ölkəmizin təmsil olunması işinə töhfə verməyə hazırdır.





Mənbə: https://report.az/xarici-siyaset/prezident-ilham-eliyev-uqandaya-sefere-devet-olunub/

Comments are closed, but trackbacks and pingbacks are open.