Prezident oğlu şəhid olan Xalq artistinə ev verdi

Prezident oğlu şəhid olan Xalq artistinə ev verdi


Prezident İlham Əliyev şəhid Baş leytenant Rövşən Nurzadənin ailəsinə 2 otaqlı, şəhidin atası – Xalq artisti Əli Nura isə 4 otaqlı mənzil hədiyyə edib.

Axşam.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Xalq artistinin özü bildirib.

Əli Nur diqqət və qayğısı üçün Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib:

“Mənim üçün, ailəm üçün böyük sevinc oldu. Şəhərin gözəl bir yerində geniş mənzildir. Bu mənzil bizim üçün böyük hədiyyədir. Onu da deyim ki, dünən şəhid oğlumun ailəsinə də Xocasən qəsəbəsində 2 otaqlı mənzil verildi. Bir daha ailəm adından, nəvələrim adından Ali Baş Komandanımız İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, Əli Nur Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsüdür. Oğlu Baş leytenant Rövşən Nurzadə Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçərək qəhrəmancasına şəhid olub.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=134280

Comments are closed, but trackbacks and pingbacks are open.