Prezident Tərtərdə yol tikintisinə 4,8 milyon manat ayırdı

Prezident Tərtərdə yol tikintisinə 4,8 milyon manat ayırdı



Prezident Tərtərdə yol tikintisinə 48 milyon manat ayirdi

Prezident İlham Əliyev “Tərtər rayonunun Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

“Report” xəbər verir ki, Sərəncamla yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 4,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.





Mənbə: https://report.az/daxili-siyaset/prezident-terterde-yol-tikintisine-4-8-milyon-manat-ayirdi/

Comments are closed, but trackbacks and pingbacks are open.