“Qəbələ” ilk transferini açıqladı | Report.az

"Qəbələ" ilk transferini açıqladı | Report.az



Qəbələ ilk transferini aciqladi Reportaz

2021-2022 mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” ilk futbolçu keçidini rəsmiləşdirib.

“Report” əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Urfan Abbasovu heyətinə qatıb. 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

2019-21-ci illərdə “Səbail”in şərəfini qoruyan Abbasov iki illik fasilədən sonra “Qəbələ”yə qayıdıb. 2011-19-cu illərdə bölgə klubunda forma geyinən müdafiəçi klub tarixində ən çox oyun keçirən futbolçudur.

O, bütün turnirlərdə ümumilikdə 220 matçda iştirak edib. Müdafiəçinin aktivində 3 qol var.





Mənbə: https://report.az/futbol-xeberleri/qebele-ilk-transferini-aciqladi/

Comments are closed, but trackbacks and pingbacks are open.