“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəyə başlayır

"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəyə başlayır



Qəbələ UEFA Gənclər Liqasinda mubarizəyə baslayir

Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, Famil Xəlilovun baş məşqçi olduğu komanda Çempionlar Yolunda Niderland təmsilçisi AZ ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı görüş saat 17:00-da başlayacaq.

Bu, “Qəbələ”nin turnirdə 4-cü startıdır. 2016/2017-ci illər mövsümündə Rusiyanın “Dinamo” (Moskva) klubunu keçə bilməyən (0:2, 0:5) “qırmızı-qaralar” 2 il sonra Gənclər Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu olub. Komanda 2018/2019-cu illər mövsümündə öncə Moldova “Şerif”i (1:1, 3:1), ardınca Almaniya “Herta”sı ilə (1:3, 0:1) görüşüb.

Əyalət klubu 2019/2020-ci illər mövsümündə Kipr APOEL-inə uduzaraq, mübarizəni dayandırıb – 1:1, 0:1. Ötən il Şimali Makedoniya “Şkendiya”sı ilə qarşılaşma mövsümün koronavirus pandemiyası üzündən ləğvi nəticəsində baş tutmayıb.

Çempionlar yolu
I mərhələ, ilk oyun
29 sentyabr
17:00. “Qəbələ” (Azərbaycan) – AZ (Niderland)

Baş hakim: Viktor Kopiyevski (Ukrayna)
Qəbələ şəhər stadionu

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Cütün qalibi növbəti raundda “Csikszereda” (Rumıniya) – “Anje” (Fransa) duelinin güclüsü ilə görüşəcək.





Mənbə: https://report.az/futbol-xeberleri/qebele-uefa-gencler-liqasinda-mubarizeye-baslayir/

Comments are closed, but trackbacks and pingbacks are open.