Qəbələdə güclü yanğın – Söndürmək üçün helikopter cəlb olundu – VİDEO – Yenicag.Az

Cəbrayılda yanğın baş verdi – VİDEO – Yenicag.Az


Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib

FHN-dən Yenicag.az-a verilən xəbərə görə, 11 avqust 2021-ci il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Mürəkkəb relyefli dağlıq ərazidə başlanan yanğının qarşısının alınmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.

Hazırda yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək xüsusilə havaların isti keçməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

***

10:41

Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Nazirlikdən Yenicag.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təqribən 4 ha sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/qebelede-guclu-yangin-sondurmek-ucun-helikopter-celb-olundu-video/

Comments are closed, but trackbacks and pingbacks are open.