“Qalatasaray” rəhbərliyi Fatih Terimlə yolları ayırmaq istəyir

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Türkiyənin “Qalatasaray” klubunun prezidenti Burak Elmas baş məşqçi Fatih Terimlə görüşüb.

“Report” “A Spor”a istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın İdarə Heyətinin də qatıldığı toplantıda komandanın ard-arda pis nəticələr göstərməsi müzakirə olunub.

69 yaşlı mütəxəssis “NEF Stadionu”nu tərk etdikdən sonra İdarə Heyətinin toplantısı başlayıb.

Bəzi idarəçilər Terimlə vidalaşmaq istəyib, lakin Elmas onunla mövsümün sonunadək yola davam etmək niyyətində olduğunu bildirib.

İclas davam edir.





Mənbə: https://report.az/futbol-xeberleri/qalatasaray-rehberliyi-fatih-terimle-yollari-ayirmaq-isteyir/

Comments are closed, but trackbacks and pingbacks are open.