“Qalatasaray”ın keçmiş baş məşqçisi koronavirusa yoluxub

"Qalatasaray"ın keçmiş baş məşqçisi koronavirusa yoluxub



Qalatasarayin kecmis bas məsqcisi koronavirusa

İtaliya “Verona”sının baş məşqçisi İqor Tudor koronavirusa yoluxub.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssisin COVID-19 testi müsbət çıxıb. Evində təcrid olunan Tudor özünü yaxşı hiss edir. Klub mövcud sanitar protokollara uyğun bütün prosedurları aparıb.

Qeyd edək ki, İqor Tudor “Verona”ya sentyabrda baş məşqçi təyin olunub. Onun klubla müqaviləsi mövsümün sonunadəkdir. Tudor 2016 – 2017-ci illərdə Türkiyənin “Karabükspor” və “Qalatasaray” komandalarına rəhbərlik edib.

Hazırda “Verona” A seriyasında 12 oyundan 16 xalla 10-cu yerdə gedir.





Mənbə: https://report.az/futbol-xeberleri/qalatasaray-in-kecmis-bas-mesqcisi-koronavirusa-yoluxub/

Comments are closed, but trackbacks and pingbacks are open.