“Qalatasaray”ın oyunu ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

"Qalatasaray"ın oyunu ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib



Qalatasarayin oyunu ilə bagli təhlukəsizlik tədbirləri gucləndirilib

Fransada “Marsel” və Türkiyə “Qalatasaray”ı arasında keçiriləcək UEFA Avropa Liqasının qrup oyunu öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib.

“Report” “Fanatik”ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları iki komandanın azarkeşləri arasında baş verə biləcək qarşıdurmadan narahatdır. Son vaxtlar Fransada futbol matçları zamanı fanatlar arasında tez-tez insident yaşanır.

Bu məqsədlə polislər qarşılaşmanın oynanılacağı “Velodrom” stadionu və ətrafında, həmçinin şəhərin mərkəzində gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək “Marsel” – “Qalatasaray” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/qalatasaray-in-oyunu-ile-bagli-tehlukesizlik-tedbirleri-guclendirilib/

Comments are closed, but trackbacks and pingbacks are open.