“Qalatasaray”ın yeni prezidenti məlum oldu

"Qalatasaray"ın yeni prezidenti məlum oldu


Türkiyənin “Qalatasaray” futbol klubunun yeni prezidenti müəyyənləşib.

“Report”un məlumatına görə, Burak Elmas bu gün keçirilmiş seçkilərdə bütün rəqiblərini geridə qoyub.

O, “sarı-qırmızıların” 38-ci prezidenti olub.

Elmas bu postda Mustafa Cengizi əvəzləyəcək. 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.

Burak Elmas / Burak Elmas

Burak Elmas / Burak Elmas





Mənbə: https://report.az/futbol-xeberleri/qalatasaray-in-yeni-prezidenti-melum-oldu/

Comments are closed, but trackbacks and pingbacks are open.