“Qarabağ” – “Kayrat” oyununda hesab açılıb

"Qarabağ" - "Kayrat" oyununda hesab açılıb


“Qarabağ” və Qazaxıstanın “Kayrat” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb. 

“Report”un məlumatına görə, görüşdəki ilk qolu qonaqlar vurub. 

19 dəqiqədə Joze Kante penaltini dəqiq yerinə yetirib. 

20:00

“Qarabağ” və Qazaxıstanın “Kayrat” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunu start götürüb.

“Report”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də başlayıb.

Görüşü ukraynalı FIFA referisi Yevgeni Aranovskinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Bu qrupun digər oyununda Kipr “Omoniya”sı İsveçrədə “Bazel”in qonağı olacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/qarabag-kayrat-oyunu-baslayib/

Comments are closed, but trackbacks and pingbacks are open.