“Qarabağ” rəsmisi: “Ohanesyanın Bakıya gətirilməməsi bizim yox, “Kayrat”ın təşəbbüsüdür”

"Qarabağ" rəsmisi: "Ohanesyanın Bakıya gətirilməməsi bizim yox, "Kayrat"ın təşəbbüsüdür"



Qarabag rəsmisi Ohanesyanin Bakiya gətirilməməsi bizim yox Kayratin təsəbbusudur

“Rəqib klubla əlaqə saxladıq. Bildirdilər ki, bu futbolçu ilə bağlı hər hansı açıqlamaları olmayıb, onun Azərbaycana gətirilməməsi özlərinin təşəbbüsüdür”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qazaxıstan “Kayrat”ının erməni futbolçusu Kamo Ohanesyanın UEFA Konfrans Liqasının qrup oyunu üçün Bakıya gətirilməməsinin Azərbaycan təmsilçisinin təşəbbüsü olması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Almatı klubu bu məlumatı Qazaxıstan mətbuatında çalışan jurnalistlərin fərziyyəsi adlandırıb: “Bu, sırf “Kayrat”ın təşəbbüsüdür. Bizə erməni futbolçu ilə bağlı hər hansı müraciət daxil olmayıb, nəyəsə münasibət bildirməmişik. Göndərilən siyahıda həmin oyunçunun adının olmaması başqa nələrsə haqqında düşünməyə zəmin yaratmayıb. Daha əvvəldən bilirdik ki, Ohanesyan Bakıya gəlməyəcək”.

Ohanesyanın özü isə “Matç TV”yə açıqlamasında bildirib ki, onsuz da Azərbaycana gəlmək istəyi olmayıb: “Kayrat”a yalnız qələbə arzulayıram. Mənsiz də istənilən rəqibi məğlub edə bilərlər. Yaxşı komandamız var”.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kayrat” oyunu saat 20:45-də başlayacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/qarabag-resmisi-ohanesyanin-bakiya-getirilmemesi-bizim-yox-kayrat-in-tesebbusudur/

Comments are closed, but trackbacks and pingbacks are open.